Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Aktionen » BMT-nin İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyasında işgəncə faktları ilə bağlı hesabat dinlənilib

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyasında hesabat verib. Xatırladaq ki, tədbirdə hökumət və QHT nümayəndələri işgəncə faktları ilə bağlı hesabat veriblər. Azərbaycandan gedən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən biri də Demorkatik Təsisatlar və İnsan Hüquqları İctimai bilriyinin sədri Elçin Abdullayev olub. Adı çəkilən tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin və güc nazirliklərinin rəsmi nümayəndələri iştirak edirdi. İlk öncə Azərbaycan dövlətinin BMT-yə təqdim etdiyi hesabat dinlənildi. BMT-nin ekspertləri dövlət rəsmilərinə Novruzəli Məmmədovun ölümü, Elmar Hüseynovun qətlinin açılması ilə bağlı aparılan istintaqın gedişatı və Hacı Məmmədovun cinayət işi ilə bağlı suallar verdilər. Bundan başqa müalicə müəssisəsində ölən Faina Konqurovanın ölüm hadisəsi, Emin Hüseynovun işgəncəyə məruz qalması və gənc bloqçuların mühakimə olunmaları ilə bağlı çoxsaylı suallarverildi. Hesabatda göstərilmiş məsələlərdən biri, 2001-2008-ci illərdə güc strukturlarında çalışan 161 nəfər işçinin işgəncəyə görə həbs və mühakimə olunması faktı sual doğurmuş, sonradan hemin şəxslərin məişət zorakıləğə zəminində həbs olunduğu aşkara çıxmışdır. Məişət zorakılığı və işgəncənin fərqli şeylər oolduğu hamıya məlumdur. Dövlət nümayəndələri Ombudsmanını işini yüksək qiymətləndirsələr də, onun (Ombudsmanın) hər hansı işgəncə faktını araşdırıb, aşkara çıxarıb-çıxarmaması ilə bağlı sual cavabsız qaldı. Bir sözlə dövlət rəsmiləri müxtəlif vasitələrlə hesabata aid olan suallardan yayınmağa çalışırdılar və güman ki bu hal Azərbaycan hökumətinin tənqidinə gətirib çıxaracaq.
Bundan başqa BMT-nin işgəncələrə dair komitəsinin QHT-nümayəndələri ilə konfidensial görüşü oldu. Bu görüşdə QHT-lərin də hesabatları dinlənildi. Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev BMT-nin bir sıra rəsmiləri ilə görüşlər keçirmişdir.

© 2010 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress