Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Blitznachrichten, Nachrichten » Vəkili İlqar Məmmədovla görüşüb

ilqar-hebs-2Bu gün vəkil Fuad Ağayev 2 saylı koloniyada REAL Hərəkatının lideri İlqar Məmmədov ilə görüşüb.

F.Ağayev bildirib ki, onlar İ.Məmmədovun işi ilə bağlı AİHM qərarlarının icrasının vəziyyətini müzakirə ediblər.

“Saxlanma şəraiti əvvəlki kimidir, hələlik heç bir təzyiq yoxdur”, – vəkil qeyd edib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ildə İsmayıllıda baş vermiş etirazlardan sonra həbs edilib. Sonradan kütləvi iğtişaşların təşkili və polisə müqavimət ittihamları ilə 7 il azadlıqdan məhrum edilib.

AİHM İ.Məmmədova qarşı cinayət təqibinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət onu hələ də həbsdə saxlayır. (contact.az)

Leave a Reply

© 2018 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress