Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Blitznachrichten, Nachrichten » Avropa Məhkəməsi daha 3 iş üzrə qərar verəcək

Avropa-Mehkemesi“19 aprel 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Fransa vaxtı ilə saat 10:00-da Anar Məmmədlinin qanunsuz həbsi ilə bağlı şikayətimiz üzrə qərarını elan edəcək. Şikayət insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci və 18-ci maddəsinin pozulması ilə bağlıdır.

Eyni tarixdə hörmətli müəllimlərim İntiqam Əliyevin və Ənnağı Hacıbəylinin şikayətləri üzrə qərar elan ediləcək”. Bu barədə vəkil Elçin Sadıqov Facebook hesabında yazıb.

İ.Əliyev və Ə.Hacıbəyli şikayətlərində Kollegiyanın onların vəkil statuslarını tanımaqdan imtina etməsini Avropa İnsan Hüquqları Konvensiyanın bir neçə maddəsinin pozulması kimi dəyərləndiriblər. Məhkəmə vəkillərin şikayətini əsaslı sayıb və bununla bağlı qərarını elan edəcək.

Leave a Reply

© 2018 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress