Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Aktionen » “Təqsirləndirilən şəxslərin və məhkumların saxlanma yerlərinin monitorinqinin nəticələrinə dair” ictimai müzakirə

“Təqsirləndirilən şəxslərin və məhkumların saxlanma yerlərinin monitorinqinin nəticələrinə dair” ictimai müzakirə keçirilmişdir
31.8.2010
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və onun daimi tərəfdaşı Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliyi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində 29 iyun 2010-cu il tarixində“Azərbaycan İnsan Hüquqları Evi”nin ofisində “Təqsirləndirilən şəxslərin və məhkumların saxlanma yerlərinin monitorinqinin nəticələrinə dair” ictimai müzakirə keçirmişdir. Azərbaycan Respublikasının güc strukturlarının əməkdaşlarının ( Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin, Azərbaycan Respublikası Prokurorluğunun) iştirak etdiyi ictimai müzakirələr zamanı təqsirləndirilən şəxslərin və məhkumların saxlanma yerlərinin hal-hazırdakı vəziyyəti təhlil edilmiş və təklflər səsləndirilmişdir. 
Tədbirdə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolunun icrasında əsas müzakirə mövzusu ictimai iştirakçılıq olmuşdur. 
Müzakirələr zamanı səsləndirilən yeni təşəbbüslər və təkliflər layihə rəhbərliyi tərəfindən qeyd edilmiş və gələcək hesabatlarda öz əksini tapacaqdır. DTİHİB bu layihə çərçivəsində kitabça nəşr edib, yerli və beynəlxalq təşkilatlara təqdim edəcəkdir

© 2010 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress