Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Blitznachrichten, Nachrichten » “AZƏRBAYCANDA İŞGƏNCƏ FAKTLARI GİZLƏDİLİR”

Bu şəkil Elvin Əsgərov Xəstəxanaya gətirilərkən onun yaxınları tərəfindən çəkilib

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Yeni Müsavat”a açıqlamasında bu cür halları qətiyyətlə pislədi: “Hüquq-mühafizə orqanları və dövlət tərəfindən işgəncə faktları müxtəlif bəhanələrlə gizlədilir. Dövlət orqanları işgəncə faktlarını qəbul etmirlər. Biz istəyərdik ki, bizə dövlət orqanları da dəstək olsun. Mən sabah (bu gün-E.B) işgəncə faktları ilə əlaqədar öz məlumatlarımı açıqlayacağam. İşgəncə faktlarının sayı artır. Buna da səbəb belə faktların ört-basdır edilməsidir. İşgəncə verən hüquq-mühafizə orqanlarının əməkdaşları cəzalandırılsa, belə hallar baş verməz. Hətta Elvin Əsgərovun ölümü ilə bağlı məlumatlarım var. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və 24-cü polis bölməsinin rəisi ilə görüşəcəyəm. Hətta bu məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubova da müraciət edəcəyəm ki, məsələ hərtərəfli araşdırılsın. Baş vermiş olayla əlaqədar fakt artıq əlimizdədir. Burada insan ölüb, onun üzərində işgəncə faktları var. Hətta beynəlxalq təşkilatlar da məsələ ilə maraqlanır. Beynəlxalq təşkilatlardan mənə müraciət edərək məsələnin araşdırılmasını istəyirlər. İctimaiyyətdə və sosial şəbəkələrdə də bu vəhşiliyə insanlar öz etirazlarını bildirirlər”.
Müsahibimiz işgəncə hallarının sübut olunmasının da çətin bir proses olduğunu dedi: “Mən qurumlara müraciətlər edirəm. Onlar da yazırlar ki, işgəncə faktı təsdiqini tapmadı. Məhkəmə orqanları tərəfindən işgəncə faktına rəsmi qiymət verilə bilər. Prokurorluq, Daxili İşlər Nazirliyi işgəncə faktını araşdıra bilərlər. Ona hüquqi qiymət verilməsi məhkəmənin üzərinə düşür. Həm də bizim təşkilat dövlət təşkilatı deyil. Biz gücümüzlə araşdırırıq. İşgəncə faktlarının araşdırılmasına dövlət maraqlı deyil. Dövlət istəmir ki, beynəlxalq hesabatlarda ölkəsində baş verən işgəncə ilə əlaqədar adları qeyd olunsun. Dövlət tənqid atəşinə tutulmaq istəmir. Buna görə də müxtəlif bəhanə və yollarla belə faktları ört-basdır edirlər. İşgəncələr gizli şəkildə və qapalı yerlərdə verildiyindən bunu hər insan görə bilmir. Ancaq belə hallar baş verir. Biz də bunları qətiyyətlə pisləyirik”.
Elçin Behbudov İşgəncələr Əleyhinə Azərbaycan komitəsinin sədri olduğu üçün dəfələrlə təzyiqə məruz qaldığını da bildirdi. Təzyiqlərin əsas səbəbini isə işgəncə faktlarını ictimaiyyətə açıqlaması ilə

© 2011 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress