Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Blitznachrichten, Nachrichten » Bakı sakini 32 yaşlı Elvin Əsgərov Polis zorakılğı nəticəsində ölüb

Belə bir ittihamla  onun Qohumları çıxış edib. hadisə 12 yanvar 2011-ci il tarixində gecə saatlarında Bakının Nizami rayoununda yerləşən restoranlardan birinin qarşısında baş verib. Restoran qarşısına Çevik polis alayının əməkdaşlarının isə  restoran rəhbərliyi tərəfindən çağrıldığı bildirilir.  Polis əməkdaşları Elvin Əsgərov və onun dostlarını bölməyə aparmaq istəyərkən müqavimətlə üzləşib. Elvin Əsgərov bu zaman 3 polis əməkdaşına bıçaqla xəsarət yetirib. Elvinin yaxınları iddia edir ki, məhz bundan sonra Polis əməkdaşları onu bərk döyüb. Elvin aldığı ağır xəsarətlər nəticəsində 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. 13 yanvar tarixində  günorta saatlarında o xəstəxanada  dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Rəsmiləri isə Elvin Əsgərovun polis tərəfindən döyülərək öldürülməsi barəsində ittihamları qəbul etməyib. Yerli mətbuata verilən açıqlamada bildirilir ki, Elvin Əsgərov Polisə müqavimət göstərərkən yıxılıb və onda xəsarətlər də bundan sonra yaranıb.

© 2011 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress