Versions: Azerbaijani | English | Deutsch

You Are Here: Home » Über uns » Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi

Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliyi (DTİHİB) 2006-ci ildə bir qrup gənc hüquqşünaslar, sosioloqlar və jurnalistlər tərəfindən təsis olunub və 28 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. DTİHİB, 50-dən artıq QHT-ni özündə birləşdirən  “Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqələndirici Məşvərət Şurasının, 150-dən artıq   QHT-ni özündə birləşdirən “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının və “Sağlamlığa çağırış” Alyansının üzvüdür.

Təşkilatın məqsədi: Demokratik dəyərlərin inkişaf etdirilməsi, insan hüquqları müdafiəsi, söz və mətbuat azadlığının təmin olunması və gənclərin təşəbbüsünü  inkişaf etdirilməsidir:

Təşkilat məqsədlərinə uyğun olaraq aşağıdakı istiqamətdə vəzifələri yerinə yetirir:

1.  Gənclərin təşəbbüsünü dəstəkləmək və inkişaf etdirmək;

2.  Demokratik təşəbbüslərin dəstəklənməsi;

3.  İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi;

4.  Vətəndaşlara hüquqi yardım göstərilməsi;

5.  Söz və mətbuat azadlığının qorunmasını;

6.  Seçki prosesi zamanı müstəqil namizədlərin uğurlu seçki kompaniyasının təşkilinə və müşahidəçilərin hazırlanması;

7.  Yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin monitorinqi və bu sahədə ictimai məlumatlandırılması;

8.  Hərbiçilərin hüquqlarının müdafiəsi və onların sosial rifahının artırılması;

9. Vətəndaşların hüquqi biliklərinin artırılmasıdır.

Beynəlxalq Tədbirlər:

  • Ukraynanın Lvov şəhərində keçirilmiş 2-ci Şərqi Avropa Konfransı;
  • İsveçrənin Cenevrə şəhərində keçirilmiş BMT-nin İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyasının iştirakçısı;
  • Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Polşanın Poznan şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumu.
    © 2010 Öffentliche Union für Demokratische Institutionen und Menschenrechte · Subscribe:PostsComments · Designed by Theme Junkie · Powered by WordPress